RU

“Sabah” 10 oyundur “Neftçi”yə uduzmur

Misli Premyer Liqasında çempionluğu rəsmiləşdirən “Sabah” 32-ci turda avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Neftçi”ni qəbul edəcək.

"Cebheinfo.az" xəbər verir ki, mayın 17-də bu komandaların ifasında yubiley paytaxt derbisi reallaşacaq.

Çünki “Sabah”la “Neftçi” buna qədər çempionatda 29 dəfə qarşılaşıblar. Düzdür, ümumi statistikada “Neftçi” rəqibini üstələyir – 13 qələbə, 9 məğlubiyyət, 7 bərabərlik. Hətta top fərqində də “ağ-qaralar” öndədirlər – 34:24. Lakin son vaxtlar “Sabah” “Neftçi” önündə aşkar favoritə çevrilib. Təsadüfi deyil ki, axır 10 oyunda “bayquşlar” bu rəqibinə uduzmayıb. Həmin qarşılaşmaların 5-də qələbə qazanan “Sabah” eyni sayda da heç-heçəylə yadda qalıb.

Digər diqqətçəkən məqam “Neftçi”nin 4 ildir “Sabah”ı səfərdə məğlub edə bilməməsidir. “Ağ-qaralar” axırıncı dəfə 2022-ci ilin fevralında səfərdən 3 xalla dönməyi bacarıb. “Sabah”ın meydanında baş tutan son 7 matçın yalnız 3-də “Neftçi” 1 xalla öyünə bilib.

Qeyd edək ki, mayın 17-də “Bank Respublika Arena”da keçiriləcək “Sabah” – “Neftçi” oyunu saat 18:00-da başlayacaq.

"Cebheinfo.az"

Избранный
6
2
cebheinfo.az

3Источники