RU

Sabah bəzi yerlərdə hava yağıntılı olacaq

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 15 may, AZƏRTAC

Azərbaycanda mayın 16-na gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 15-18, gündüz 19-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 750 millimetr civə sütunundan 753 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75, gündüz 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, axşam isə şərq rayonlarında bir qədər güclənəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Arabir duman müşahidə ediləcək. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 14-17, gündüz 20-25, dağlarda gecə 4-8, gündüz 8-13, bəzi yerlərdə 17 dərəcə isti olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
20
49
azertag.az

10Источники