RU

İran rəsmisi BƏƏ ni ittiham etdi: “Müharibədə İrana xəyanət edildi”

Redaktor.az saytından alınan məlumata görə, ain.az bildirir.

İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi Birləşmiş Ərəb Əmirliklərini İrana qarşı hərbi hücumlara dəstək verməkdə və onları asanlaşdırmaqda günahlandırıb, Əbu-Dabini müharibə zamanı Tehrana “xəyanət” etməkdə ittiham edib.

Redaktor.az xəbər verir ki, Nyu-Dehlidə keçirilən BRICS xarici işlər nazirlərinin görüşündə çıxış edən Kazem Qəribabadi BƏƏ xarici işlər nazirinin İranın ölkəyə hücum etdiyi və “təcavüzkar” olduğu barədə açıqlamalarını rədd edib.

İSNA-nın məlumatına görə, o bildirib ki, “Birləşmiş Ərəb Əmirlikləri İran İslam Respublikasına qarşı hərbi təcavüzün dəstəklənməsində və asanlaşdırılmasında mühüm rol oynayıb”.

Kazım Qəribabadi əlavə edib ki, BMT Baş Assambleyasının 1974-cü il qətnaməsinə əsasən, təcavüzkarlara imkan və xidmətlər təqdim edən ölkələr yalnız yardımçı deyil, həm də birbaşa təcavüzdə iştirak etmiş sayılır.

O həmçinin bildirib ki, İran hücumlardan əvvəl BƏƏ də daxil olmaqla regional ölkələri xəbərdar edib və əgər ABŞ və İsrailə dəstək verilərsə, Tehran özünümüdafiə hüququndan istifadə edəcək.

Onun sözlərinə görə, İranın qonşu ölkələrlə müharibəsi yoxdur və qarşıdurma yalnız İsrail və ABŞ ilə bağlıdır, BƏƏ ilə deyil. O, həmçinin Əbu-Dabini özünü “qurban kimi təqdim etməkdə” və regionda İsrailin maraqlarını müdafiə etməkdə ittiham edib.

Aminə ŞAHSUVARQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
24
50
redaktor.az

10Источники