RU

“ABŞ qlobal dominantlığını qorumağa çalışır” ŞƏRH

Gununsesi saytına istinadən ain.az xəbər verir.

“ABŞ mövcud qlobal dominant güc statusunu qorumağa çalışır. Çin isə artıq beynəlxalq sistemin dəyişməsinin qaçılmaz olduğunu düşünür”.

Gununsesi.info bildiri ki, bunu siyasi şərhçi Mürtəza Bünyadlı deyib:

“Vaşinqton qlobal nizamın əsas memarı kimi qalmaq istəyir. Pekin isə çoxqütblü dünya modelinin artıq tarixi zərurətə çevrildiyini hesab edir.

ABŞ dövlət katibi Marco Rubionun “Çin ABŞ-ın ən böyük geosiyasi problemidir” açıqlaması əslində Ağ Evin strateji düşüncəsinin açıq etirafıdır. Rubio eyni zamanda mühüm bir detalı vurğulayıb: “ABŞ Çini geosiyasi rəqib kimi ram etməyə çalışsa da, qlobal sabitlik üçün sağlam münasibətləri də qorumağa məcburdur”.

Bu fikir göstərir ki, Vaşinqton artıq Pekinlə açıq və total qarşıdurmanın dünya iqtisadiyyatı və təhlükəsizlik sistemi üçün ağır nəticələr doğura biləcəyini anlayır. Çünki Çin artıq 20 il əvvəlki Çin deyil.

Bu gün Çin dünyanın ikinci böyük iqtisadiyyatıdır; texnologiya nəhəngidir; qlobal istehsal mərkəzidir; enerji və logistika şəbəkələrinin əsas aktorlarından biridir; Yaxın Şərq, Afrika, Latın Amerikası və Asiyada təsir imkanlarını sürətlə artırır”.

Siyasi şərhçi qeyd edib ki, ABŞ artıq Çini əvvəlki kimi “geri oturda” biləcək imkanlara malik deyil:

“ABŞ artıq Çini əvvəlki kimi “geri oturda” biləcək imkanlara malik deyil.  Vaşinqton Pekinlə hesablaşmağa məcburdur. Eyni zamanda Çin də ABŞ-la tam qarşıdurmanın risklərini anlayır. Məhz buna görə tərəflər “idarə olunan rəqabət” modelinə üstünlük verməyə çalışırlar.

Burada Çin lideri Si Cinpinin toxunduğu “Fukidid tələsi” anlayışı xüsusi əhəmiyyət daşıyır. Qədim yunan tarixçisi Fukidid (Thucydides) tərəfindən irəli sürülən bu konsepsiya beynəlxalq münasibətlərdə yüksələn güclə dominant güc arasında müharibə riskinin qaçılmazlaşdığını ifadə edir”.

Şəbnəm

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
13
icma.az

1Источники