Tanınmış müğənni Ebru Polat, rəsmi sosial media hesabında oriental rəqs dərslərinə başladığını elan edib.
Güzgülü zalda ritm tutaraq müxtəlif fiqurlar nümayiş etdirən müğənninin şən əhval-ruhiyyəsi gözlərdən qaçmayıb. Ebru Polatın paylaşımına əlavə etdiyi zarafatyana qeyd isə xüsusilə maraq doğurub:
"Deyəsən, ac qalmaram"
Müğənninin bu sözləri və rəqs bacarığı qısa müddət ərzində izləyicilər tərəfindən böyük maraqla qarşılanıb, minlərlə bəyənmə və şərh toplayıb.