RU

Metropoliten rəisi vəzifəsinin məsuliyyətini dərk etmir

Bakı Metropoliteninin rəisi Vüsal Aslanov tərəfindən səsləndirilən fikirlər göstərir ki, bəziləri məşğul olduqları sahənin mahiyyətini tam dərk etmirlər və vəzifələrinin nədən ibarət olduğunu yetərincə anlamırlar. V.Aslanovun əsas vəzifəsi nəqliyyat xidmətini təşkil etmək, insanların bir nöqtədən digər nöqtəyə rahat və təhlükəsiz hərəkətini təmin etməkdir. Vətəndaşların hərəkət imkanlarını məhdudlaşdırmaq və ya onların gündəlik həyatını çətinləşdirmək isə onun səlahiyyətinə aid deyil.

AzNews.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında AĞ Partiyasının sədri Tural Abbaslı Bakı Metropoliteninin rəisi Vüsal Aslanovun Bakıxanov, Binəqədi, Yeni Yasamal ərazisinə metronun çəkiləcəyi halda orada yaşayan insanların şəhərin mərkəzinə axışacağı və sıxlıq yaradacağı haqda sözlərini şərh edərkən deyib.deyib.

O qeyd edib ki, insanların şəhərin mərkəzinə, yaxud digər ərazilərə getməsi kiminsə qərar verəcəyi məsələ deyil:

Избранный
29
aznews.az

1Источники