"Arsenal"ın müdafiəçi yarımmüdafiəçisi Kristian Nerqor Londonda cəmi bir mövsüm keçirdikdən sonra klubunu dəyişə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı jurnalist Ben Ceykobs yayıb.
Mənbənin məlumatına görə , "topçular" 32 yaşlı danimarkalı futbolçunu satmağa hazırlaşır. Ötən yay "Brentford"dan transfer olunan Nerqor "Arsenal"ın heyətində Premyer Liqada cəmi 56 dəqiqə keçirib.
Ümumilikdə, təcrübəli yarımmüdafiəçi 2025/26 mövsümündə bütün yarışlarda 19 oyunda iştirak edib və bu müddətdə 3 məhsuldar ötürmə edib. Oyunçunun londonlularla müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. "Transfermarkt" onun bazar dəyərini 7 milyon avro qiymətləndirir.
"Arsenal"ın növbəti liqa matçı mayın 18-də "Börnli"yə qarşı olacaq.
Mirağa