"Mançester Yunayted"də 2025/2026 mövsümünün ən yaxşı oyunçusu müəyyənləşib.
QOL.az xəbər verir ki, bu ada Bruno Fernandeş layiq görülüb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Portuqaliyalı yarımmüdafiəçi azarkeşlər arasında keçirilən sorğuda birinci olub.
O, 5-ci dəfə mövsümün ən yaxşısı seçilib. 31 yaşlı futbolçu 4 dəfə bu mükafatı qazanmış Kriştiano Ronaldo və David de Xeanın rekordunu yeniləyib.
Qeyd edək ki, Brunu Fernandeş bu mövsüm "Mançester Yunayted"in heyətində bütün turnirlərdə 35 oyunda 8 qol vurub, 21 qol ötürməsi edib.