RU

General-leytenant Andrey Qnatov: Ukrayna müharibənin başa çatdırılmasına hazırdır

Ukrayna müharibənin başa çatdırılmasına hazırdır.

Bunu "Far.Az"un Şərqi Avropa bürosuna müsahibəsində Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Andrey Qnatov deyib.

O qeyd edib ki, Ukrayna bu müharibəni başa çatdırmağa can atır:

"Ukrayna öz ərazisində sülhü təmin etməyə və bu məsələləri hərbi yolla həll etməməyə çalışır. Bizdə heç vaxt müharibə etmək niyyəti olmayıb. Bunun nə qədər uzun sürə biləcəyi onların hərəkətlərindən asılıdır. Fikirlər müxtəlifdir".

General bildirib ki, bu müharibədə hərbi proqnozlaşdırma olduqca mürəkkəb bir şeydir:

"Bir vaxtlar biz Rusiya tərəfindən Ukraynanın işğalı əməliyyatının üç gün davam edəcəyi barədə proqnozlar eşidirdik. Bəzi ekspertlər belə deyirdi. Bəziləri bir neçə ay müddət verirdi. Bunlar yalnız rus ekspertləri deyildi. Müxtəlif ekspertlər var idi. Əslində biz gördüyümüzü görürük. Düşmən üçün hərbi yolla həll etmək imkanı olmayan uzunmüddətli, uzanan münaqişə. Lakin onlar hələlik bu mənasız əməliyyatı davam etdirməyə çalışırlar. Müharibə davam edir. Mən düşünmürəm ki, resurs baxımından onlar (Rusiya) daha bir neçə il müharibə edə bilərlər..."

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Избранный
35
far.az

1Источники