RU

FHN Qarabağ Universitetində konfrans keçirdi

Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsinin təşkilatçılığı ilə Qarabağ Universitetində “Dayanıqlı və sabit gələcək naminə ekoloji risklərin idarə edilməsi” mövzusunda konfrans keçirilib.

Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Konfransda Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Xüsusi Nümayəndəliyinin, aidiyyəti nazirliklərin və dövlət qurumlarının mülki müdafiə sahəsi üzrə məsul şəxsləri, həmçinin yerli idarə və təşkilatların səlahiyyətli nümayəndələri iştirak ediblər.

Tədbirdən əvvəl iştiakçılar FHN-ə məxsus xüsusi kimya təyinatlı və fərdi mühafizə vasitələri, müasir radiasiya cihazları, eləcə də yanğınsöndürmə və xilasetmə texnikası ilə tanış olublar. Nazirliyin mütəxəssisləri qonaqlara avadanlıqların təyinatı, iş prinsipləri və fövqəladə hallar zamanı tətbiqi qaydaları barədə ətraflı məlumat veriblər.

Konfransda, əvvəlcə Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə sahəsində fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Избранный
5
2
publika.az

9Источники