RU

Zaur Mikayılov Naftalanda vətəndaşları qəbul etdi

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov mayın 15-də Naftalan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında Naftalan, Goranboy, Xocalı və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Bu barədə Publika.az-a ADSEA-dan bildirilib.

Qəbulda Z.Mikayılov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Müraciətlər əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, yeni subartezian quyuların qazılması, təmiri, bərpası, içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.

Избранный
26
4
publika.az

10Источники