RU

Danimarkanın sabiq Kraliçası ürək əməliyyatı keçirib

ain.az bildirir, Azertag portalına istinadən.

Stokholm, 15 may, AZƏRTAC

Danimarkanın sabiq Kraliçası II Marqrete stenokardiya tutması ilə xəstəxanaya yerləşdirildikdən sonra ürək əməliyyatı keçirib.

AZƏRTAC xəbər verir ki, Danimarka Kral Evi 86 yaşlı sabiq Kraliçanın koronar arteriyanın balon angioplastikası əməliyyatı keçirdiyini və bundan sonra vəziyyətinin yaxşı qiymətləndirildiyini açıqlayıb.

II Marqrete Kopenhagen Universitet Klinikasında həkimlərin nəzarəti altında daha bir neçə gün qalacaq.

II Marqrete 1972-ci ildən 2024-cü ilin yanvarında taxt-tacdan imtina edənə və taxt-tac oğlu X Frederikə keçənə qədər Danimarkaya 50 ildən çox müddətdə rəhbərlik edib.

Nərgiz Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
9
1
azertag.az

2Источники