RU

“İran Hörmüz boğazında təhlükəsizliyin təminatçısı olaraq qalacaq”

İranın xarici işlər naziri Abbas Əraqçi Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar ilə görüşündə Tehranın Hörmüz boğazının təhlükəsizliyini təmin etməkdə “tarixi vəzifəsini” davam etdirəcəyini bildirib.

Redaktor.az xəbər verir ki, Abbas Əraqçi bu barədə X sosial şəbəkəsində paylaşım edib.

O qeyd edib ki, “ev sahibi doktor S.Cayşankar ilə səmərəli görüşdə regional inkişaflar müzakirə olunub və İranın Hörmüz boğazında təhlükəsizliyin qoruyucusu kimi tarixi missiyasını həmişə yerinə yetirəcəyi aydın şəkildə ifadə edilib”.

İran XİN başçısı əlavə edib ki, Tehran ticarət təhlükəsizliyinə güvənən bütün dost ölkələr üçün etibarlı tərəfdaş olaraq qalır.

Aminə ŞAHSUVARQIZI

 

Избранный
6
redaktor.az

1Источники