RU

“Çünki onların qiyməti artıq bahadı” Kaxaber Sxadadze

ain.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Misli premyer-liqasının 32-ci turu çərçivəsində “Qəbələ” səfərdə “Karvan-Yevlax”ı məğlub edib – 2:1. Qonaqların baş məşqçisi Kaxabar Saxadadze oyundan sonra jurnalistlərin suallarını cavablayıb:- Qələbə münasibə futbolçularımı təbrik edirəm. 1-ci hissədə, sadəcə, bitiricilikdə problem yaşayırdıq. Daha sonra bu epizodlardan maksimum yararlanmağa çalışdıq. İki qol vurduq, amma daha çox vura bilərdik. Pozitiv məqamlar gördüm. Oyun turnir cədvəli baxımından əhəmiyyətsiz olsa da, qələbə qazandıq.- Pozitiv məqamlar nə idi?- Komanda hesabda geridə olduğu halda qələbə qazandı və baxımlı oyun göstərdi. Bu onsuz da pozitiv məqamdı.- Pley-offda, çox güman, “Səbail”lə qarşılaşacaqsız.- Biz bütün rəqiblərə hörmətlə yanaşırıq. Heç bir rəqib asan deyil. Hər birini araşdırırıq. Lakin hələ əsas “Şamaxı” ilə matçdı.- Komanda elitada qalsa, hansı dəyişiklikləri edəcək?- Birmənalı şəkildə hələ ki pley-off matçını düşünürəm- “Qəbələ”də həmişə gürcüstanlı oyunçular olub, lakin indi azdı.- Çünki onların qiyməti artıq bahadı.İSRAİL XEYRULLAYEV

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
41
1
icma.az

2Источники