RU

Bayram namazının vaxtı açıqlandı

Qurban bayramı bu il Azərbaycanda Zilhiccə ayının 10-u, yəni mayın 27-nə təsadüf edir.

Bu barədə Publika.az-a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Bildirilib ki, bütün məscidlərdə bayram namazı mayın 27-də qılınacaq.

"Bayram namazı Əjdərbəy məscidində saat 08:00-da, Təzəpir məscidində isə saat 09:00-da qılınacaq. Həmin gündən etibarən üç gün müddətində qurban kəsimini həyata keçirmək olar.

Qurbanlıq seçərkən heyvanın sağlam olmasına diqqət yetirilməlidir. Xəstə, çox zəif, kor və ya ciddi qüsurlu heyvanın qurban kəsilməsi bəyənilmir. Həmçinin heyvanın yaşı şəriətə uyğun olmalı və ona əziyyət verilməməlidir.

Избранный
36
26
publika.az

10Источники