RU

Həyatlarından narazı rusların cəmi 20%-i kütləvi aksiyaya hazırdır

 Rusiyada respondentlərin 12%-i siyasi etirazlarda şəxsən iştirak edəcəklərini bildirirlər. İqtisadi motivli aksiyalarda iştirak etməyə hazır olanlar isə 20%-ə yüksəlib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu məlumatlar aprelin sonlarında “Levada” mərkəzinin apardığı sorğudan götürülüb. Həyat səviyyəsinin aşağı düşməsi səbəbindən kütləvi etirazlar gözləyən və siyasi tələblərlə etirazların mümkün olduğuna inanan respondentlərin payı (14%) 2024-cü ilin iyul ayından bəri ən yüksək göstərici olub.

Keçən ilin noyabr ayı ilə müqayisədə iqtisadi etirazlarla bağlı gözləntilər 4 faiz, siyasi etirazlarla bağlı gözləntilər isə 3 faiz artıb. Bu arada, respondentlərin 12%-i siyasi etirazlarda şəxsən iştirak etməyə hazır olduqlarını bildiriblər.

40-54 yaş arası kişilər, kənd və kiçik şəhərlərin sakinləri və aşağı gəlirli insanlar siyasi etirazlarda iştirak etməyə hazır olduqlarını daha çox ifadə ediblər. “Qazancı yavan çörəyə güclə çatanlar”ın 17%-i etirazlarda iştirak etməyə hazır olduqlarını bildirib.

Tədqiqatçılar ölkənin "səhv yolda" getdiyinə inananlar (24%), Vladimir Putinin fəaliyyətini bəyənməyənlər (29%) və məlumatlarını YouTube kanallarından əldə edənlər (27%) arasında ən yüksək etiraz potensialını qeyd ediblər.

25 yaşdan kiçik Moskva sakinləri, daha varlı respondentlər və Putinin fəaliyyətini bəyənən, ölkənin düzgün istiqamətdə irəlilədiyinə inananlar etirazlarda iştirak etmək istəyini ən az ifadə edənlər olublar.

Eyni zamanda, mövcud rəqəmlər əvvəlki illərlə müqayisədə aşağı olaraq qalır: məsələn, 2021-ci ildə Aleksey Navalnının qayıdışından sonra etiraz gözləntiləri xeyli yüksək idi.

Musavat.com

Избранный
43
musavat.com

1Источники