RU

Hörmüz boğazında indiyədək saxlanmış ticarət gəmilərinin sayı açıqlandı

Olke.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

İndiyədək ABŞ Silahlı Qüvvələri Hörmüz boğazında İran limanlarının dəniz blokadası çərçivəsində 75 ticarət gəmisini yönləndirib və 4 gəmini sıradan çıxarıb.

"Ölkə.az" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) "X" sosial şəbəkəsindəki məlumatında bildirilib.

Eyni zamanda, qeyd edilib ki, "MH-60R Sea Hawk" helikopteri Ərəb dənizi üzərində səmada nəzarəti həyata keçirir.

"ABŞ qüvvələri İrana qarşı dəniz blokadasına riayət olunmasını təmin etdiyi bir vaxtda "MH-60R Sea Hawk" helikopteri Ərəb dənizində "USS Rafael Peralta (DDG-115)" aviadaşıyıcının/esminesinin göyərtəsindən havaya qalxıb", - məlumatda qeyd olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
23
9
olke.az

10Источники