Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Gəncə şəhər İdarəsinə yeni rəis təyin olunub.“BUTA.TV” xəbər verir ki, bu barədə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polkovnik-leytenant Ceyhun Əsədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər İdarəsinin rəisi vəzifəsinə gətirilib.