RU

İlin transfer savaşı

“Çelsi” yay transfer dönəmində Entoni Qordon uğrunda yarışa qoşulub. Metbuat.az xəbər verir ki, “Nyukasl”ın ulduz futbolçusu ilə “Bavariya” və “Barselona” da maraqlanır. Məlumata görə, London klubu artıq oyunçunun nümayəndələri ilə ilk təmaslara başlayıb. Mənbənin yazdığına görə, “Nyukasl” futbolçunu satmağa tələsmir. Buna baxmayaraq, Avropanın aparıcı klublarının marağı transfer məsələsini gündəmdə saxlayır. Bildirilir ki, xüsusilə “Bavariya” baş məşqçi Vensan Kompaninin istəyi ilə bu keçidə ciddi yanaşır.

Qeyd edək ki, Entoni Qordon bu mövsüm Premyer Liqa və Çempionlar Liqasındakı çıxışı ilə diqqət çəkən futbolçulardan biri olub.

Избранный
21
12
metbuat.az

10Источники