Dietoloq və endokrinoloq Anton Polyakov hansı şaurmanın sağlam olmayan hesab edildiyini izah edib.
Redaktor.az xəbər verir ki, mütəxəssis bu haqda aif.ru-ya bildirib.
Həkimin sözlərinə görə, ən böyük təhlükə ət əvəzinə kolbasa və ya digər ət əvəzedicilərindən istifadə zamanı yaranır. Çox sayda süni sous və qatqı olan yeməklər də zərərli ola bilər. Mütəxəssis bildirib ki, bu məşhur küçə yeməyinin daha balanslı versiyası yastı çörək, tərəvəz və toyuq və ya mal əti kimi təbii ətin birləşməsidir.
O əlavə edib ki, mülayim şəkildə istehlak edildikdə, bu növ şaurma heç bir ciddi sağlamlıq riski yaratmır, lakin yenə də onu tez-tez yemək tövsiyə edilmir.
Aytəkin TOFİQQIZI