RU

Deputat: Gənc rəssamların əsərləri sərgiyə xüsusi rəng qatır

Bakı, 15 may, AZƏRTAC

“Küləklər şəhərinin salnaməsi: XIX–XXI əsrlər rəssamlarının əsərlərində Bakı” sərgisində müxtəlif dövrlərdə fəaliyyət göstərmiş rəssamların əsərlərini görmək mümkündür. Sərgidə rəsmlər vasitəsilə Bakının illər ərzində necə inkişaf etdiyini aydın şəkildə hiss edirik. Gənc rəssamların əsərləri sərgiyə xüsusi rəng qatır.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva deyib.

Sərginin maraqlı və yaddaqalan olduğunu vurğulayan deputat qeyd edib: “Tədbir bizə bir daha xatırladır ki, doğma şəhərimizi sevməli, onun tarixini və mədəniyyətini qorumalıyıq. Burada tanınmış fırça ustaları ilə yanaşı, gənc rəssamların da əsərlərinin nümayiş olunması xüsusi diqqət çəkir. Ümumilikdə, sərgi həm sənətsevərlər, həm də gənc nəslin incəsənətə marağının artırılması baxımından böyük əhəmiyyət daşıyır”.

Müxbir - Fidan Əlizadə
Fotoqraf - Azər İbrahimov
Избранный
55
1
azertag.az

2Источники