RU

Taksi sürücülərinin əsas problemi ilə bağlı açıqlama

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Taksi xidməti müasir şəhər nəqliyyatının ən çevik və geniş istifadə olunan formalarından biridir. Sərnişinlərin istədikləri nöqtədə minib-düşmək tələbi bu xidmətin əsas üstünlüklərindən sayılsa da, şəhər mühitində yol hərəkətinin təşkilinə və təhlükəsizliyə dair müəyyən suallar yaradır. Bu vəziyyət həm sərnişin rahatlığının təmin edilməsi, həm də yol hərəkəti qaydalarına riayət olunması baxımından balanslı yanaşma tələb edir. Məsələ ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a bildirib ki, sərnişinin taksiyə istədiyi nöqtədə minib-düşməsi onun təbii hüququdur:"Taksi ictimai nəqliyyatdan fərqli olaraq daha komfortlu xidmət göstərən nəqliyyat növüdür və sərnişin istədiyi yerdə minə və düşə bilir. Bu yanaşma şəhər nəqliyyatında və yol hərəkətində ciddi problem yaratmamalıdır. Taksi avtomobil yolunun sağ zolağında qısa müddət dayanıaraq sərnişini mindirib-düşürə bilməlidir və bu hal qadağan olunmayan yerlərdə cəriməyə səbəb olmamalıdır. Bakı şəhərində artıq taksilər üçün minib-düşmə məntəqələri və dayanacaqlar da mövcuddur. Buna baxmayaraq, bəzi hallarda sürücülər qısa dayanmalara görə cərimələndiklərini bildirirlər ki, bu da narazılıq yaradır".O bildirib ki, müasir taksi sistemi tətbiqlər üzərindən işləyir və sərnişin sifariş etdiyi ünvandan götürülərək təyinat yerinə çatdırılır:"Sistem ümumilikdə daha operativ və şəffafdır, həm sürücünün, həm də sərnişinin hüquqlarını qoruyur. Buna görə də taksilərin qısa müddətli dayanma və minib-düşmə imkanlarının daha aydın tənzimlənməsi vacibdir. Bu sahədə qaydaların dəqiqləşdirilməsi həm xidmət keyfiyyətini artırar, həm də mövcud qarışıqlıqları aradan qaldıra bilər",- deyə o qeyd edib.Əfsanə Kamal

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
29
demokrat.az

1Источники