RU

Çempionlar Liqasının ən çox izlənən matçları bəlli oldu: 1.8 milyard

Fanat saytından verilən məlumata görə, ain.az xəbər verir.

UEFA Çempionlar Liqasında cari mövsümün ən çox izlənilən qarşılaşmalarının siyahısı açıqlanıb.

Fanat.Az xəbər verir ki, "Sky Sports" tərəfindən təqdim olunan statistik məlumatlara görə, auditoriya sayına görə liderlik PSJ və "Bayern Münhen" arasındakı dramatik matça məxsusdur.

Fransada baş tutan və PSJ-nin 4:3 hesablı qələbəsi ilə bitən ilk oyunu dünya üzrə 1.8 milyard insan izləyib. Siyahıda Türkiyə təmsilçisi "Qalatasaray"ın uğuru da diqqət çəkir; belə ki, "Cimbom"un "Yuventus"u 5:2 hesabı ilə məğlub etdiyi matç 1.6 milyard, "Liverpul" üzərindəki minimal qələbəsi (1:0) isə 1.5 milyard baxış toplayıb.

"Real Madrid" - "Mançester Siti" dueli 1.6 milyard izləyici ilə siyahının dördüncü pilləsində qərarlaşıb. Bu rəqəmlər Avropanın bir nömrəli klub turnirinə olan qlobal marağın rekord həddə çatdığını bir daha sübut edir.

Kamil Xudiyev

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
7
1
fanat.az

2Источники