RU

Böyük Britaniyada bir tələbə meningit səbəbindən həyatını itirdi

Böyük Britaniyada bir tələbə meningit səbəbindən həyatını itirdi

Böyük Britaniyanın Redinq bölgəsində qeydə alınan meningit hallarından sonra bir tələbənin həyatını itirdiyi, iki tələbənin isə müalicə altına alındığı bildirilib.

AFN.az xəbər verir ki, Böyük Britaniya Sağlamlıq Təhlükəsizliyi Agentliyindən (UKHSA) verilən açıqlamada meningit səbəbindən bir tələbənin dünyasını dəyişdiyi, iki tələbənin isə xəstəxanada müalicəsinin davam etdiyi qeyd olunaraq, hazırkı mərhələdə ictimaiyyət üçün riskin aşağı səviyyədə olduğu vurğulanıb.

Açıqlamada Redinq bölgəsi və ətrafında aşkarlanan yoluxma hallarından sonra xəstələrlə yaxın təmasda olan şəxslərə qabaqlayıcı tədbir olaraq antibiotiklərin verildiyi diqqətə çatdırılıb.

Bundan əlavə, rəsmi məlumatda təsdiqlənmiş hallardan birinin "meningit B" növü olduğu ifadə edilərək, bu hadisənin mart ayında Kent və Dorset bölgələrində qeydə alınan epidemiya ilə eyni ştam olmadığı xüsusilə qeyd edilib.

UKHSA-nın Sağlamlığın Qorunması üzrə məsləhətçisi doktor Reyçel Mörkl də mövzu ilə bağlı verdiyi açıqlamada meningitin asanlıqla yayılan bir xəstəlik olmadığını və cəmiyyətin ümumi hissəsi üçün riskin aşağı səviyyədə qalmağa davam etdiyini bildirib.

Böyük Britaniyada mart ayında Kent Universitetində ortaya çıxan meningit epidemiyası səbəbindən biri universitet tələbəsi, digəri isə lisey şagirdi olmaqla 2 nəfər həyatını itirmişdi və bu hadisədən sonra minlərlə insan peyvənd olunmaq və antibiotik qəbul etmək üçün səhiyyə mərkəzlərinə müraciət etmişdi.

Избранный
36
afn.az

1Источники