
ABŞ konqresmeni Ed Keys Senatın xüsusi komitəsindəki dinləmələr zamanı fevralın 28-də başlayan hərbi əməliyyatlarda Birləşmiş Ştatların 39 təyyarə itirdiyini deib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, Keys daha 10 təyyarənin isə müxtəlif dərəcəli zədələr aldığını bildirib. Aprelin əvvəlində İran üzərində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "F-15E Strike Eagle" qırıcısının vurulmasından sonra katapult edən iki pilotun xilas edilməsi əməliyyatı zamanı daha doqquz ABŞ və bir İsrail təyyarəsi itirilib. Bura təxliyəyə dəstək təyyarələri, xilasedici və nəqliyyat helikopterləri, həmçinin "A-10" hücum təyyarəsi və "MQ-9" dronu daxildir.
ABŞ və İsrailin raket arsenallarının sürətlə tükənməsi onları İranın hava məkanına daha yaxın fəaliyyət göstərməyə və daha ucuz qravitasiya bombalarından istifadə etməyə məcbur edib ki, bu da riskləri xeyli artırıb. Ən ağır itkilərdən biri isə martın sonunda İranın Səudiyyə Ərəbistanındakı hərbi bazaya endirdiyi zərbə nəticəsində ABŞ-ın ən baha başa gələn texnikalarından olan "E-3 Sentry" uzaq mənzilli radiolokasiya aşkarlama təyyarəsinin məhv edilməsi olub. Həmçinin martın 19-da İran hava hücumundan müdafiə qüvvələri tarixdə ilk dəfə olaraq beşinci nəsil "F-35A" qırıcısını vurmağa nail olub və nəticədə pilot qəlpə yaraları alıb.