RU

Həkimlər bu vəzini kəsib tullayırdı Xərçəngdən qoruyurmuş

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Döş sümüyünün arxasında yerləşən iki paylı timus vəzi onilliklər boyu həkimlər tərəfindən fəaliyyətsiz, lazımsız bir toxuma parçası olaraq qəbul edilib. Son araşdırmalar isə cərrahi əməliyyatlar zamanı ilk gözdən çıxarılan bu orqanın insan sağlamlığı üçün həyati əhəmiyyət kəsb etdiyini üzə çıxarıb. Tibb dünyasının uzun illər əhəmiyyətsiz saydığı bu toxuma növünün əslində uzun ömürlülük və xərçənglə mübarizədə mühüm rol oynaya biləcəyi məlum olub.Demokrat.az xəbər verir ki, aparılan tədqiqatlara görə timus vəzisi daha sağlam olan şəxslərin ağciyər xərçəngi, ürək xəstəlikləri və digər səbəblərdən ölüm riski xeyli aşağıdır. Harvard Kök Hüceyrə İnstitutunda reallaşan araşdırma zamanı məlum olub ki, bu orqanı əməliyyatla götürülən yetkin şəxslərin sonrakı beş il ərzində ölüm ehtimalı timusu yerində qalanlara nisbətən iki dəfə çoxdur. Eyni zamanda orqanın yoxluğu xərçəng və autoimmun xəstəliklərin yaranma riskini də eyni dərəcədə artırır.Uşaqlıq dövründə immunitet sisteminin qurulmasında əvəzsiz rol oynayan bu vəzi sümük iliyindən gələn hüceyrələri xüsusi müdafiə hüceyrələrinə çevirərək orqanizmi viruslardan qorumağa kömək edir. Yeniyetməlik dövründən etibarən isə piy toxumasına çevrilərək kiçilməyə başlayır və keyfiyyətli hüceyrə istehsalını azaldır.Mütəxəssislər hazırda laboratoriya şəraitində süni timus istehsal etmək və onun təbii qocalma prosesini yavaşlatmaq üzərində çalışırlar. Bu proses uğurla nəticələnərsə, yaşlı insanların peyvəndlərə verdiyi reaksiyanı artırmaq və ağır xəstəliklərin qarşısını almaq mümkün olacaq.Döş Cərrahiyyəsi Mütəxəssisi Professor Kamal Karapınar mövzu ilə bağlı bildirib ki, açık ürək əməliyyatlarında qəlbə çatmaq üçün bu orqan demək olar ki standart olaraq çıxarılır. Həkim öz təcrübəsində bu əməliyyatı keçirən şəxslərdə infeksiyalara yoluxma və ya ümumi xəstəlik riskində kəskin artım müşahidə etmədiyini qeyd edib. Bununla belə, timusun mövcudluğunun yeni nəsil xərçəng dərmanlarının və immunoterapiya müalicələrinin effektivliyini artıra biləcəyini də istisna etməyib. Hazırda bu orqanın fəaliyyətini gücləndirən xüsusi bir müalicə və ya dərman isə mövcud deyil.Qısası, illər boyu bədənin lazımsız hissəsi hesab edilən timus vəzisinin əslində xərçəngdən qorunmaqda və immunitetin uzunmüddətli fəaliyyətində gizli rolunun olduğu müəyyən edilib.İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
147
demokrat.az

1Источники