RU

İran ABŞ-dən Livanda sülhün təmin olunmasını tələb edir

BAKI, 16 may. TELEQRAF

İran ABŞ-yə təqdim etdiyi tələblər arasında Livan da daxil olmaqla bütün regionda sülh və təhlükəsizliyin təmin olunmasını istəyib.

Teleqraf xəbər verir ki, bu barədə İranın Belarusdakı səfiri Əlirza Sanei TASS agentliyinə müsahibəsində bildirib.

Diplomatın sözlərinə görə, Tehran ilk növbədə regionda müharibənin tam dayandırılmasını tələb edir.

“Biz bütün regionda, o cümlədən Livanda sülh və təhlükəsizliyin təmin olunmasını tələb etmişik”, - deyə səfir vurğulayıb.

Sanei əlavə edib ki, İran uzun illərdir müxtəlif ölkələrin banklarında dondurulmuş vəsaitlərinin azad edilməsini də istəyir.

Onun sözlərinə görə, Tehran həmçinin ABŞ-ni “dəniz quldurluğu” və hərbi-dəniz blokadasına son qoymağa çağırıb.

Səfir Donald Trampın İran tankerlərinin ələ keçirilməsi ilə bağlı açıqlamalarını xatırladaraq Vaşinqtonu neftdən qanunsuz şəkildə faydalanmaqda ittiham edib.

Əlirza Sanei həmçinin beynəlxalq qurumların ABŞ rəhbərliyinin İranla bağlı sərt bəyanatlarına reaksiya vermədiyini bildirib.

Избранный
58
teleqraf.com

1Источники