RU

Ağcaqanadlar niyə məhz sizi dişləyir? Səbəbi maqnit təsiri ola bilər

Milli.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ağcaqanadların bəzi insanları digərlərinə nisbətən daha tez-tez dişlədiyi hamıya məlumdur. Mütəxəssislər bildirirlər ki, bu vəziyyət ətraf mühitdən tutmuş həyat tərzinə qədər bir çox fərqli amildən asılıdır.

Milli.Az ağcaqanadların sizi hədəf seçməsinin əsas səbəblərini təqdim edir:

Qan qrupu və kimyəvi siqnallar

Ağcaqanadlar insan bədənindən yayılan müxtəlif kimyəvi və fiziki siqnalları qəbul edərək hərəkət edirlər. Bəzi elmi araşdırmalar göstərir ki, ağcaqanadlar xüsusilə müəyyən qan qruplarına (xüsusən 0 qrupuna) daha çox maraq göstərirlər. Bu, dərinin ifraz etdiyi və qan qrupu haqqında məlumat daşıyan kimyəvi maddələrlə əlaqədardır.

Karbon qazı və maddələr mübadiləsi

Ağcaqanadların ən əsas izləmə mexanizmi karbon qazıdır (CO2). Nəfəs verərkən xaric etdiyimiz karbon qazı onlar üçün mühüm bir istiqamət siqnalıdır. Maddələr mübadiləsi sürətli olan insanlar daha çox karbon qazı istehsal etdikləri üçün ağcaqanadlar tərəfindən daha tez fark edilirlər.

Tər və fiziki aktivlik

Fiziki aktivlikdən sonra bədəndən ifraz olunan maddələr də bu həşəratları cəlb edir. Xüsusilə tərlə birlikdə xaric olan laktik turşu, ağcaqanadlara "yaxınlıqda bir hədəf var" siqnalını ötürür.

Geyim rəngi və bədən istiliyi

Ağcaqanadlar təkcə qoxuya deyil, həm də vizual görüntüyə önəm verirlər:

Rənglər: Tünd rənglər (qara, tünd göy) ağcaqanadlar üçün daha diqqətçəkəndir. Açıq rəngli geyinən insanlar daha az hədəf olurlar.

İstilik: Ağcaqanadlar istiliyi hiss edir və daha isti bölgələrə meyl edirlər. Bədən hərarəti yüksək olan insanlar daha çox dişlənmə riski daşıyır.

Digər amillər: Alkoqol qəbulu, hamiləlik və artıq çəki də maddələr mübadiləsini və bədəndən yayılan siqnalları artıraraq sizi ağcaqanadlar üçün cəlbedici edə bilər.

Necə qorunmalı?

Ağcaqanadların ən aktiv olduğu dan yeri söküləndə və gün batanda açıq havada çox qalmamaq tövsiyə olunur.

Uzunqol və açıq rəngli paltarlara üstünlük verilməlidir.

Tərkibində DEET olan həşərat qovucu spreylərdən istifadə etmək olar.

Külək ağcaqanadların uçuşunu çətinləşdirdiyi üçün qapalı və ya yarı-açıq məkanlarda ventilyator işlətmək faydalıdır.

Dişləmədən sonra nə etməli?

Dişlənən nahiyəni qaşımaq olmaz. Qaşımaq qıcıqlanmanı artırır və infeksiya riskini yüksəldir.

Soyuq kompres tətbiq etmək qaşıntını azaldır.

Güclü qaşıntı zamanı həkim məsləhəti ilə xüsusi kremlərdən və ya allergiyaya qarşı (antihistamin) dərmanlardan istifadə etmək olar.Lalə Qüdrətova

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
74
1
news.milli.az

2Источники