RU

İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır”

Azərbaycanın dövlət sərhədini qanunsuz keçmiş İranın 3 vətəndaşı barəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq Baş Prokurorluğun İstintaq İdarəsində tamamlanıb. İstintaqla Məxtumi Sadiq Arazqurban oğlu (Makhtoumi Sadegh Arazghorban), Atcani Taher Halət oğlu (Atjani Taher Halat) və Qanqırme Omid Çalce oğlunun (Ghanghermeh Omid Chaljeh) satış məqsədilə xüsusilə külli miqdarda narkotik vasitələri qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

İspaniyada

Araşdırmalar zamanı müəyyən olunub ki, adıçəkilən şəxslər qabaqcadan əlbir olan bir qrup şəxs halında 45 kq-dan artıq qurudulmuş, eləcə də 328 kq-dan artıq qurudulmamış marixuananı satış məqsədilə qanunsuz olaraq əldə edib “Layner” tipli mühərrikli qayıq vasitəsilə Xəzər dənizinin Azərbaycana aid bölməsi üzrə gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçiriblər. Daha sonra həmin şəxslər Xaçmaz rayonunun sahil hissəsinə yaxınlaşarkən sərhəd orqanı əməkdaşları tərəfindən aşkar ediləcəklərini anlayaraq cinayətin predmetini təşkil edən narkotik vasitələri dənizə atıblar. Keçirilmiş istintaq və əməliyyat axtarış tədbirləri nəticəsində qeyd olunan narkotik vasitələr Xəzər dənizinin Xaçmaz rayonuna aid sahil hissəsində və dənizin digər ərazilərində aşkar edilərək götürülüb. Ümumiyyətlə, quru sərhədlərin bağlı olduğu 5 ildən artıq müddətdə İrandan Azərbaycana narkotik maddələr ya dronla, ya qaçaqmal şəkildə gətirilir. Hörmüz boğazını bağlayan, ABŞ-la sularda döyüşən İranın Azərbaycanla Xəzərdə “narkotik savaşı” da bitmək bilmir.

Niyə İran bunun qarşısını almır?

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Musavat.com-a açıqlamasında İranın bu məsələdə ikili yanaşma sərgilədiyini bildirib. Onun fikrincə, İranın narkotik məsələsində tranzit rolu oynadığı məlumdur. Həm də özünün narkotik maddələr istehsal etdiyi bəllidir. İran elə görkəm yaradır ki, narkotiklə məşğul olanlara qarşı sərt tədbirlər görür. Hətta narkotik tacirlərini edam edir. Amma İrandan dövriyyə edilən narkotik maddələrin 40 faizi elə özündə istehsal olunur, 60 faizi isə Əfqanıstan və Pakistandan keçirilir”.

İlham

Onun sözlərinə görə, burada əsas məsələ təkcə Azərbaycan deyil: “Ölkəmizi bir tranzit yol kimi qəbul etmək istəyirlər. Düzdür, Azərbaycanda da yaymaq üçün bunu edirlər. Onun müxtəlif formaları var. Sizin də dediyiniz kimi, onu dəniz vasitəsilə keçirirlər. Yaxud da quru yolla və ya insansız uçuş aparatları ilə bunu edə bilirlər. Ola bilməz ki, İran bunu görməsin. Sadəcə, bundan gəlir kimi istifadə etmək niyyəti var. Yeri gəlmişkən, İranın hədəfi narkotiki Avropaya çıxarmaqdır. Bunun üçün Azərbaycan və Ermənistan hesabına Qara dənizə çıxmalıdır”.

İ.İsmayıl yada salıb ki, bir neçə il qabaq Azərbaycandan keçib Gürcüstan üzərindən aparılarkən tonlarla narkotik maddə saxlanmışdı: “Amma Ermənistan ərazisindən daha geniş şəkildə istifadə edirlər. Ona görə İran Zəngəzur dəhlizinin açılmasını istəmir. Çünki buna narkotik maddələrin qarşısının alınması kimi baxır. Dəhlizə ciddi nəzarət olanda bunu edə bilməyəcəklər. Bir sözlə, İranın bu məsələ ikili standartları mövcuddur: öz vətəndaşlarını narkotik satışına görə cəzalandırır, Azərbaycana isə göndərir. Şübhəsiz ki, bu ticarətdə SEPAH-ın biznes marağı var. Eyni zamanda, İranın məqsədi azərbaycanlı gəncləri zəhərləməkdir”.

Cavanşir Abbaslı
Musavat.com

Избранный
11
2
musavat.com

10Источники