RU

Çin-ABŞ münaqişəsi dünyaya fəlakət gətirər - Rəsmi Pekindən açıqlama

Dünyada heç kim Çin və ABŞ arasında münaqişənin və ya qarşıdurmanın nəticələrinə dözə bilməz.

Musavat.com xəbər verir ki, bu fikirlə Çin xarici işlər naziri Vanq Yi Trampın səfərindən sonra çıxış edib. Onun rəyini Çin Xarici İşlər Nazirliyi yayıb: "Dinc yanaşı yaşamaq Çin və ABŞ arasında ən böyük ortaq məxrəcdir. Heç bir ölkə iki ölkə arasındakı münaqişənin və qarşıdurmanın nəticələrinə dözə bilməz".

Vanq Yi həmçinin vurğulayıb ki, Çin və ABŞ arasında qarşıdurma hər iki ölkə və bütün dünya üçün fəlakətli ola, əməkdaşlıq isə bir çox fayda gətirə bilər.

Musavat.com

Избранный
9
47
musavat.com

10Источники