RU

WUF13 çərçivəsində “Urbanizasiyada ASAN Modeli” mövzusunda panel təşkil olunacaq

Mayın 19-da “ASAN Könüllüləri” Təşkilatı tərəfindən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Urbanizasiyada ASAN Modeli: Dövlət Xidmətlərinin və Könüllülüyün rolu” mövzusunda panel görüş keçiriləcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən “İki sahil”ə verilən məlumata görə, panel zamanı urbanizasiya dövründə dövlət xidmətlərinin əlçatanlığı, könüllülüyün cəmiyyətin inkişafındakı rolu, inklüziv şəhər yanaşmaları və ASAN modelinin sosial təsiri ətrafında müzakirələr aparılacaq.

Panel görüşdə BMT Könüllüləri Proqramının Avropa və Mərkəzi Asiya üzrə regional əlaqələndiricisi Zarina Mirabdullayeva, “ASAN müraciət” ilə iş sektorunun müdiri Əsli İbrahimli və “ASAN Könüllüləri” Təşkilatının sədri Aysiman Quliyeva spiker qismində çıxış edəcəklər.

Избранный
3
1
ikisahil.az

2Источники