RU

Qvardiola "Uembli"yə onun adının verilməsini tələb etdi

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Çelsi" ilə İngiltərə Kubokunun finalı ərəfəsində "Uembli" stadionunda adının əbədiləşdirilməsini tələb edib.

Fanat.Az xəbər verir ki, "Hayters TV"-yə danışan ispan mütəxəssis yarızarafat, yarıciddi şəkildə burada çox oyun keçirdiyini və artıq sözügedən arenada onun adını daşıyan bir şeyə layiq olduğunu söyləyib:

"İngilislərin hələ də Pep üçün yer tapmamalarına məyus oldum. Mən burada dəfələrlə olmuşam. Heç olmasa bir tribuna, "boks" və ya bu kimi bir şeyə adımı verə bilərlər. Bunun baş verməsi üçün buraya daha 24 dəfə gələ bilərəm".

Qarşıdan gələn İngiltərə Kubokunun finalı Qvardiolanın əfsanəvi stadionda keçirəcəyi 24-cü oyun olacaq. İspan məşqçinin bu yarışa son səfəri uğursuz olub. Keçən ilki finalda "Mançester Siti" "Kristal Palas"a 0:1 hesabı ilə uduzub. Lakin Qvardiola buradakı son oyununda "Arsenal"ı 2:1 hesabı ilə məğlub edərək Liqa Kubokunu qazanıb.

Mirağa

Избранный
7
1
fanat.az

2Источники