RU

Rusiyada doğum böhranına fərqli çarə: Kişisiz uşaq dünyaya gətirmək dəstəklənməlidir

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Rusiyada kəskin demoqrafik böhran fonunda rəsmi qurumlar tərəfindən diqqətçəkən təkliflər irəli sürülməkdə davam edir.Demokrat.az xəbər verir ki, bu dəfə Nijni Novqorod vilayətinin demoqrafiya və insan kapitalının inkişafı naziri İqor Pantyuxin analoji vəziyyətdən çıxış yolu kimi solo-analıq (təkbaşına analıq) modelini təklif edib.Nazirin fikrincə, regionda doğum səviyyəsini yüksəltmək üçün qadınların subay halda, yəni həyat yoldaşı olmadan uşaq sahibi olması prosesi dövlət tərəfindən rəğbətləndirilə bilər. İqor Pantyuxin vurğulayıb ki, mövcud şəraitdə demoqrafik göstəriciləri müsbətə doğru dəyişmək üçün dövlət bütün alternativ və mümkün variantları diqqətdə saxlamalı və dəstəkləməlidir.Qeyd edək ki, Rusiyada əhali artımını təmin etmək məqsədilə son dövrlər müxtəlif dövlət proqramları və radikal təkliflər tez-tez gündəmə gəlir.Jalə

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
36
demokrat.az

1Источники