RU

İçi pambıq kimi yumşaq, xırçıltılı poğaça resepti

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Türkiyə mətbəxində səhər yeməyinin və uşaqların məktəb çantalarının imtinaedilməz ləzzəti olan içi pambıq kimi yumşaq, çölü isə xırtıldayan poğaça mətbəximizdə də geniş yer almağa başlayıbDemokrat.az xüsusi düyü unlu soosu sayəsində xaricdən yüngül xırtıldayan, daxildən isə pambıq kimi yumşaq qalan mayalı şişmə poğaça reseptini təqdim edir.Lazım Olan Ərzaqlar1 stəkan ilıq su1 stəkan ilıq südYarım stəkan duru yağ1 paket quru maya1.5 çay qaşığı duz5 stəkan unSous üçün:Yarım stəkan düyü unuYarım stəkan su1 paket quru maya1 çay qaşığı şəkər tozu1 çay qaşığı duz2 yemək qaşığı zeytun yağıHazırlanma QaydasıXəmirin yoğrulması: Dərin bir qaba ilıq süd, ilıq su və mayanı töküb qarışdırın. Duru yağ, un və duz əlavə edərək ələ yapışmayan yumşaq xəmir yoğurun. Üzərini bağlayıb yarım saat mayalandırın.Sousun hazırlanması: Üstü üçün su, düyü unu, şəkər tozu, duz, quru maya və zeytun yağını tam qarışdırın.Forma verilməsi: Mayalanan xəmirdən bərabər hissələr qoparıb yuvarlayaraq kündələr düzəldin. Yağlı kağız sərilmiş listə düzün və üzərinə hazırladığınız sosdan çəkin.Bişirilməsi: Əvvəlcədən 190 dərəcə qızdırılmış sobada üzəri qızarana qədər təxminən 30-35 dəqiqə nəzarətli bişirin.Süfrəyə verilməsi: Sobadan çıxardıqdan sonra ilk istiliyi keçənə qədər gözləyin və servis edin.Jalə

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
32
demokrat.az

1Источники