RU

Avropa Liqası: “Qarabağ” “beşlik”də

ain.az, futbolpress-az portalına istinadən məlumat verir.

Avropa Liqasında 2023/2024 mövsümünə yekun vurulub.

Futbolpress.az xəbər verir ki, komandaların mövsüm üzrə statistik göstəriciləri açıqlanıb.

“Qarabağ” ən çox top qazanan komandalar arasında beşinci sırada qərarlaşıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 10 oyunda 431 dəfə top qazanıb. Bu göstəricidə lider “Atalanta”dır. Berqamo təmsilçisi 13 matçda 629 dəfə top qazanıb.

Turnirin qalibi də “Atalanta” olub. İtaliya klubu finalda “Bayer”i məğlub edib – 3:0.

“Qarabağ” “Bayer”ə 1/8 finalda uduzaraq mübarizəni dayandırmışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
77
futbolpress.az

1Источники