RU

Azərbaycanlı zəvvarlar sabahdan yola çıxacaq

Sabahdan Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarların səfəri başlayır.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri Pravda.az-a bildirib ki, hər biri 180 nəfərdən ibarət birinci və ikinci zəvvar təyyarəsi mayın 17-də yola düşəcək.

Ümumilikdə zəvvarların daşınması 4 gün davam edəcək və 7 reys həyata keçiriləcək. Sonuncu zəvvar qrupu mayın 21-də yola çıxacaq.

Zəvvarlar ilk olaraq Ciddə şəhərinə enəcək, daha sonra avtobuslarla Cöhfə miqatına gedəcəklər. Orada ehram bağlayaraq gecə saatlarında Məkkəyə çatacaqlar.

Xatırladaq ki, bu il Azərbaycana ayrılan kvota 1150 nəfərdir. Bir nəfər üçün Həcc paketinin qiyməti 6100 dollar (təxminən 10,300–10,400 manat) təşkil edir.

Tarix: 16 May 2026, 12:38   
Избранный
54
pravda.az

1Источники