RU

Slovakiya parlamentariləri azad Qarabağda

Xalq qazeti saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ölkəmizdə səfərdə olan Slovakiya Respublikası Milli Şurasının sədri Rixard Raşinin rəhbərlik etdiyi parlament nümayəndə heyəti mayın 15-də Azərbaycanın işğaldan azad edilmiş ərazilərində olub.

Slovakiya heyəti Füzuli Beynəlxalq Hava Limanına gəliblər. Burada qonaqlar Füzuli hava limanının maketi, limanın texniki göstəriciləri, həmçinin Füzuli şəhərinin bərpası planı ilə tanış olub, rayonda görülmüş işlərlə bağlı geniş məlumat alıblar.

Şuşada qonaqlara şəhərinin tarixi, işğal dövründəki vəziyyəti və Şuşada Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti altında aparılan quruculuq işləri, şəhərdəki tarixi abidələrin bərpası və nəzərdə tutulan planlar barədə məlumat verilib. Xankəndidə də slovaklar şəhərində aparılan genişmiqyaslı tikinti, bərpa və yenidənqurma işləri ilə yaxından tanış olublar. Səfər çərçivəsində slovakiyalı parlamentarilər Ağdam rayonunun Baş Qərvənd kəndində də olublar.

XQ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
7
1
xalqqazeti.az

10Источники