RU

FİFA İrana dünya çempionatında iştirak üçün zəmanət vermək niyyətindədir

FİFA İrana dünya çempionatında iştirak üçün zəmanət vermək niyyətindədir.

“İki sahil” "Reuters"ə istinadən xəbər verir ki, qurumun baş katibi Matias Qrafstryom bu gün İstanbulda İran Futbol Federasiyasının nümayəndələri ilə görüşəcək.

FIFA-nın dünya çempionatında İranın iştirakı ilə bağlı zəmanət vermək niyyətində olduqları bildirilib. Həmçinin turnirin bütün iştirakçılarının təhlükəsiz şəraitdə çıxış etmək imkanının təmin edilməsi üçün təşkilatçı ölkələrinin müvafiq orqanları ilə sıx əməkdaşlıq etdiyi qeyd olunub.

İran Futbol Federasiyasının prezidenti Mehdi Tac daha əvvəl milli komandanın 2026-cı il dünya çempionatının final mərhələsində iştirakının baş tutmaya biləcəyini bildirib. Buna səbəb ABŞ vizalarının alınması prosesinin uzanmasıdır. Belə ki, komandanın heç bir üzvünə ölkəyə giriş icazəsi verilməyib.

İran dünya çempionatında G qrupunda Belçika, Misir və Yeni Zelandiya ilə qarşılaşacaq. Hər üç oyunun ABŞ-də keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, DÇ-2026 iyunun 11-dən iyulun 19-dək 3 ölkədə - ABŞ, Kanada və Meksikada təşkil olunacaq.

Избранный
4
1
ikisahil.az

2Источники