Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkəsi Avropa İttifaqına (Aİ) üzvlük ideyasına və məqsədinə sadiqdir, baxmayaraq ki, Aİ tərəfdən bəzən tərəddüdlü və diskriminasiyaedici yanaşmalar müşahidə olunur.
Bizimyol.info xəbər verir ki, bu barədə Ərdoğan Qazaxıstandan qayıdarkən jurnalistlərə deyib.
“Biz səmimi şəkildə həm ölkəmizi, həm də Aİ-ni gücləndirmək, onun bir hissəsi olmaq istəyirik. Təəssüf ki, Aİ bunu hələ anlamayıb, amma bu, ideallarımızdan imtina etməli olduğumuz demək deyil. Biz uzun illərdir bu yolda qətiyyətlə addımlayır, ardıcıl addımlar atırıq. Türkiyə bəzən tərəddüdlü, bəzən isə açıq diskriminasiyaedici davranışlarla qarşılaşsa da, biz Aİ üzvlüyü məqsədimizdən dönmürük”, – deyə o qeyd edib.
Ərdoğan vurğulayıb ki, Türkiyə üçün Aİ-də tamhüquqlu üzvlük “heç kiminlə rəqabət aparmaq və ya kiminsə qarşısını almaq” məqsədi daşımır. “Türkiyə öhdəlik götürən ölkədir, yük deyil. İştirak etdiyimiz hər platforma öz dəyərini artırır. Bəzən Aİ daxilində ölkəmiz haqqında çox uğursuz və səthi fikirlər eşidirik. Biz həmkarlarımıza izah edirik ki, bu cür münasibət Aİ-nin beynəlxalq səviyyədə zərərinədir”, – deyə o bildirib.
Prezident əlavə edib ki, Türkiyə Aİ üçün “möhtəşəm bir fürsət”dir və ittifaq bu fürsətdən necə yararlanacağına dair tarixi qərar verməlidir. “Əvvəl də demişdim, Avropa bir yol ayrıcındadır və bu yol ayrıcında vəziyyəti daha diqqətlə qiymətləndirməlidir”, – deyə Ərdoğan qeyd edib.
Qadir, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.