RU

Azərbaycanda təhsil infrastrukturu: “Hər 3 uşaqdan 2 si...”

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son illər ölkədə yeni məktəblər tikilməsinə baxmayaraq, hələ də köhnə, xüsusilə də ucqar bölgələrdə hər an dağılmaq təhlükəsi olan, istismara yararsız məktəblər var.  

"Cebheinfo.az" xəbər verir ki, iqtisadçı-ekspert Rövşən Ağayev məktəblərlə bağlı maraqlı statistika təqdim edib.

O bildirib ki, müstəqillik əldə elədiyi 35 ildə Azərbaycanda təxminən 680 min şagird yerlik orta məktəb tikilib:

"Şagirdlərin ümumi sayının 1,7 milyon nəfərə yaxın olduğu nəzərə alındıqda, bu o deməkdir ki, təxminən hər 3 uşaqdan 1-nin 35 ildə tikilən məktəblərdə oxumaq imkanı var. Hər 3 uşaqdan 2-si Sovet dövründən qalma məktəb binalarında oxuyur. 

Doğrudur, bu hesablamada riyazi xəta payı var. Məsələn, ola bilər ki, hansısa kənddə 500 şagirdlik məktəb tikilib, amma real olaraq orda 300 şagird təhsil alır. 

Yaxud, hansısa yeni tikilən şəhər məktəbi 1000 şagird yerlikdir, amma orda 2 000 nəfər təhsil alır. Amma istənilən halda yuxarıdakı statistika ölkənin orta təhsil infrastrukturunun vəziyyətinə dair müəyyən təsəvvür yaradır".

Nigar

"Cebheinfo.az"

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
79
1
cebheinfo.az

2Источники