RU

Yağış yağacaq: Gələn həftənin hava proqnozu açıqlanıb

Rayonlarda mayın ikinci ongünlüyünün sonunadək qeyri-sabit hava gözlənilir...

Bakıda və Abşeron yarımadasında mayın 16-sı axşamdan 19-dək arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən erilən xəbərə görə, yarımadanın bəzi yerlərində yağışın intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.

Azərbaycanın rayonlarında may ayının ikinci ongünlüyünün sonunadək bəzi yerlərdə qeyri-sabit, yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, qısa müddətə güclənəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar havanın temperaturu ötən günlərlə müqayisədə 3-6 dərəcə enəcək.

Poliqon.info

Избранный
39
27
poliqon.info

10Источники