Ajans.az xəbər verir ki, metroda maşinist kimi çalışan Səlim Rüstəmov bildirib ki, bəzi sərnişinlər, xüsusilə gənclər, maşinistlə əlaqə düyməsini ehtiyac olmadan sıxırlar. Amma onlar fərqində belə deyillər ki, maşinistin işi yalnız qatar idarə etməkdən ibarət deyil. "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun deyir ki, İnzibati Xətalar Məcəlləsində maşinistlə əsassız şəkildə əlaqə yaratmağa görə müvafiq cərimələr nəzərdə tutulub. Bəxtiyar Məmmədov qeyd edib ki, sərnişinlər "maşinistlə əlaqə" düyməsindən istifadə edərkən məsuliyyətli və diqqətli olmalıdırlar.