Göygöldə yol qəza olub.
"Unikal"ın məlumatına görə, hadisə Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə yük avtomobili ilə VAZ 2107 markalə minik maşını toqquşub. Qəza zamanı 1969-cu il təvəllüdlü İ.Vəliyev və daha bir neçə nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Fakt araşdırılır.
Tural Əhmədov