RU

Türkiyədə pilotsuz aparat qəzaya uğrayıb

Yazını böyüt
Yazını kiçilt

Bu gecə Türkiyənin Samsun vilayətinin İlkadım rayonunda qəzaya uğrayan pilotsuz uçuş aparatı yerli sakinlər arasında təşvişə səbəb olub.

Hafta.az xəbər verir ki, güclü səsə oyanan sakinlər əvvəlcə hadisənin məişət qazının partlaması nəticəsində baş verdiyini düşünüblər.

Partlayış dalğası yaxınlıqdakı evlərin pəncərələrini sındırıb, digər maddi ziyan vurub. Xəsarət alan olmayıb.

Hadisə yerinə operativ şəkildə polis əməkdaşları, həkim briqadaları və yanğınsöndürənlər cəlb olunub.

Ərazi mühasirəyə alınıb, qanad açıqlığı təxminən bir metr olan pilotsuz uçuş aparatının qalıqları aşkarlanıb.

Qalıqlar texniki ekspertizaya göndərilib.

Избранный
22
3
hafta.az

4Источники