RU

Durovdan ŞOK AÇIQLAMA: "İranın atəşfəşanlığı üçün darıxıram, çünki..." - FOTO

"Telegram"ın təsisçisi Pavel Durov Dubaydakı son vəziyyətlə bağlı sosial şəbəkə hesabında skandal və diqqətçəkən bəyanatla çıxış edib.

Musavat.com xəbər verir ki, milyarder Dubayın yenidən tıxaclar və insan kütləsi ilə dolduğunu bildirərək, İranın bölgəyə hücumlarına eyham vurub.

"Dubay yenidən tıxaclar və izdihamla dolub. Artıq İranın "atəşfəşanlıqları" üçün darıxıram - onlar şəhəri zəif əsəbli və tez təsir altına düşən insanlardan təmizləməyə kömək etmişdi. BƏƏ-nin Hava Hücumundan Müdafiə (HHM) sistemi atəş altında özünü mükəmməl göstərdi. Biz 0% vergi ödəməklə, 50% vergi ödəyən avropalılardan daha yaxşı müdafiə olunuruq", – deyə Durov vurğulayıb.

Musavat.com

Избранный
57
musavat.com

1Источники