Misli Premyer Liqasının 32-ci turunda “Şamaxı” “Turan Tovuz”la qarşılaşıb.
“İki sahil” yazır ki, oyunun 9-cu dəqiqəsində Arsen Ağcabəyov hesabı açıb. 28-ci dəqiqədə isə Dioqo Balau meydan sahiblərinin üstünlüyünü iki topa yüksəldib.
65-ci dəqiqədə Vadji İbrahima fərqi minimuma endirdiyi qarşılaşmanın 73-cü dəqiqəsində Alexandro Serrano “Turan Tovuz”un bərabərlik qolunu vurub. Lakin 83-cü dəqiqədə Abdulla Rzayev yenidən meydan sahiblərini hesabda önə çıxarıb – 3-2.
Misli Premyer Liqası,
32-ci tur
16 may (şənbə)
17:00. “Şamaxı” 3-2 “Turan Tovuz”
Qollar: Arsen Ağcabəyov, 9 (1-0), Dioqo Balau, 28 (2-0), Vadji İbrahima, 65 (2-1), Alexandro Serrano, 73 (2-2), Abdulla Rzayev, 83 (3-2)
Baş hakim: Rəvan Həmzəzadə
Şamaxı şəhər stadionu
Məhərrəm Ağalaroğlu, “İki sahil”