Məhv olmuş separatçı rejimin təbliğatı ilə məşğul ola sosial media səhifələrindən birində Ermənistanın Qafan beynəlxalq hava limanı yaxınlığında çəkildiyi iddia olunan foto paylaşılıb.
Musavat.com xəbər verir ki, paylaşımda Azərbaycan hərbçilərinin hava limanından təxminən 700 metr məsafədə yerləşən yüksəkliklərdə mövqe qurduğu bildirilib.
Məlumatda qeyd olunur ki, sərhəd xəttini ayıran hasar hava limanının uçuş-eniş zolağı boyunca uzanır.
Həmin paylaşımda Qafan şəhərinin ətrafındakı yüksək dağlıq ərazilərin Azərbaycanın nəzarətində olduğu və şəhərin müşahidə altında qaldığı da vurğulanıb.
Musavat.com