RU

Çin və ABŞ arasında MÜHÜM RAZILAŞMA

Çin və ABŞ kənd təsərrüfatı sektoru da daxil olmaqla, ticarət əməkdaşlığını genişləndirmək məqsədilə bir sıra mallara tətbiq edilən rüsumların qarşılıqlı şəkildə azaldılması barədə razılığa gəliblər.

Musavat.com xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi Çin Xalq Respublikasının Kommersiya Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.

Sənəddə tərəflərin tarif məhdudiyyətlərinin yumşaldılması barədə qərar qəbul etdiyi bildirilir. Lakin rüsumların azaldılacağı malların dəqiq siyahısı hələlik açıqlanmır - təfərrüatlara dair danışıqlar davam edir.

Həmçinin Çinin ABŞ-dən təyyarə almağı planlaşdırdığı təsdiqlənib, lakin hava gəmilərinin sayı və növü barədə dəqiq məlumat verilmir.

Musavat.com

Избранный
50
3
musavat.com

10Источники