RU

Livan İsrail hücumları ilə bağlı yeni itkiləri açıqladı

BAKI,TurkicWorld Yusif Şərifzadə

Livanın İctimai Səhiyyə Nazirliyi ölkədə davam edən hücumların nəticələri ilə bağlı yeni statistika yayıb.

TurkicWorld xəbər verir ki, Livanın İctimai Səhiyyə Nazirliyinin yaydığı son məlumatda martın 2-dən mayın 16-dək davam edən hadisələrin ümumi nəticələri açıqlanıb.

Məlumata görə, sözügedən müddət ərzində baş verən hücumlar nəticəsində ümumilikdə 2 969 nəfər həyatını itirib, 9 112 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Nazirliyin təqdim etdiyi rəqəmlər ölkədə təhlükəsizlik və humanitar vəziyyətlə bağlı narahatlıqların davam etdiyini göstərir.

Bölgədə davam edən gərginlik fonunda humanitar vəziyyətin ağırlaşdığı və mülki əhali arasında itkilərin artdığı bildirilir.

Избранный
48
turkic.world

1Источники