RU

Ehtiram Quliyevdən etiraz: "Biz Tovuzda belə etməmişdik"

Bu gün Misli Premyer Liqasınım XXXII turu çərçivəsində baş tutan "Şamaxı" - "Turan Tovuz" oyununda maraqlı an yaşanıb. 

Belə ki, matçın gedişatında yerli azarkeşlər "Turan Tovuz"un əleyhinə naxoş şüarlar səsləndiriblər. 

"Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyev şamaxılı azarkeşlərin onlara qarşı qıcıqlandırıcı şüarlarından sonra həmkarı Elçin Usuba yaxınlaşıb və ona "Elçin, biz sizi Tovuzda belə qarşılamamışdıq, azarkeşləri sakitləşdirin" deyə, bildirib.

Usub isə öz növbəsində mühafizə xidmətini məsələ haqda məlumatlandırıb. 

Buna baxmayaraq, fanatlar yenə də şüarlara davam edib. Bundan sonra Quliyev növbəti dəfə "Şamaxı" rəhbərinə iradını bildirib. Ancaq bundan sonra azarkeşlər sakitləşdirilib. 

Qeyd edək ki, "Şamaxı" - "Turan Tovuz" oyunu meydan sahiblərinin qələbəsiylə başa çatıb - 3:2.

|futbolpress|

Kurban Berdıyev: “Hər şey tapacağımız keyfiyyətli oyunçu sayından asılı olacaq”

Ayxan Abbasov: "Şamaxı"ya bundan sonra uğurlar arzulayıram"

"Qarabağ" Avropa Liqasında - YENİLƏNİB

“Turan Tovuz” Şamaxıdan xalsız qayıdır - YENİLƏNİB

Demçenko "Araz"dakı aqibəti haqda: "Rəhbərlik nə qərar verərsə..."

Избранный
32
apasport.az

1Источники